Xəbər lenti

Azərbaycanlı biznesmen qətlə yetirildi
Ölkə14:41 17.08.2015

Azərbaycanlı biznesmen qətlə yetirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Xerson şəhərində Azərbaycan icmasının liderlərindən olan iş adamı İlham Tağıyev qətlə yetirilib. Qaynar.info lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
İlham Tağıyevin cəsədi ona məxsus “Mersedes” markalı maşından tapılıb.
Məlumata görə, cinayətkarlar onu sərt alətlə öldürüblər. Eyni zamanda ayağı və qabırğaları sındırılıb.
Mərhumun cibindən ona məxsus mənzilin açarını götürən naməlum şəxslər evi qarət ediblər. Mənzildən nə qədər zinət əşyası və pul götürüldüyü bilinmir. Faktla bağlı araşdırma aparılır. 
Qaynar.info