Xəbər lenti

Azərbaycanlı biznesmeni öldürən şəxs tutuldu
Ölkə13:49 05.12.2018

Azərbaycanlı biznesmeni öldürən şəxs tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın sifarişli qətllər törətdiyinə görə İnterpol xətti ilə axtarışa verdiyi İlya Şabanov adlı şəxs Moskvada saxlanılıb.
Qaynarinfo report-a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Rauf Həsənovun öldürülməsində ittiham olunan Rusiyanın keçmiş vətəndaşı İ.Şabanovun hazırda Azərbaycana təhvil verilməsi məsələsi müzakirə olunur.
Xatırladaq ki, Bakı şəhər sakini R.Həsənov 2009-cu ilin oktyabr ayında evindən avtomobili ilə gedəndən sonra onu görən olmayıb. Noyabrın 5-də həmin avtomobil Qubada yandırılmış vəziyyətdə tapılmışdı.