Xəbər lenti

Azərbaycanlı boksçu yarışlardan ömürlük kənarlaşdırıldı
Ölkə18:02 04.07.2024

Azərbaycanlı boksçu yarışlardan ömürlük kənarlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı boksçu Cavid Rzayev Rusiya Boks Federasiyasının himayəsi altında keçirilən yarışlardan ömürlük kənarlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə federasiyanın açıqlamasında deyilir.
Xatırladaq ki, mayın 22-də Moskvada keçirilən turnirdə Rzayev rusiyalı Sergey Prixodkonu məğlub edib. Bundan sonra o, Artur Kulinski ilə mübahisə edərək onu "rus donuzu" adlandırıb.
Daha sonra Rzayev Kulinskidən üzr istəyib və bununla rus xalqını təhqir etmək istəmədiyini də bildirib.