
Azərbaycanlı millət vəkili toy fotolarını yayıb.
Qaynar.info-nun məlumatına görə, bu addımı deputat Aydın Mirzəzadə atıb.
A.Mirzəzadə bu gün ailə həyatı qurmasından 30 il keçdiyini qeyd edib.
"Bu gün, 24 noyabr toyumuzun 30 illik yubileyidir. 24 noyabr 1984-cü il, şənbə günü Mingəçevirdə palatka toyu etdik. Bəy olmağıma baxmayaraq həm əvvəldən, həm toy günü məni xeyli işlətdilər".
Millət vəkili 30 ilin ona möhkəm ailə, iki gözəl övlad və maraqlı həyat bəxş etdiyini qeyd edib.
Deputat toyundan, həyat yoldaşı və uşaqları ilə fotoları ilə yanaşı, nikah haqqında şəhadətnaməsini də paylaşıb.
Qaynar.info




