Xəbər lenti

Azərbaycanlı deputatlar harda istirahət edəcəklər? - SORĞU
Ölkə10:46 30.06.2016

Azərbaycanlı deputatlar harda istirahət edəcəklər? - SORĞU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin deputatları yay tətilinə çıxıblar. İstirahət mövsümü başlayır. Azərbaycanın səfalı guşələrinə və xaricə yollanan turistlər arasında Milli Məclis üzvləri də olacaq.

Qaynarinfo.az deputatların yay tətili zamanı harda istirahət edəcəkləri ilə bağlı sorğu keçirib.

Fəzail Ağamalı: "İstirahət etmək fikrim var. Çalışacam ki, Azərbaycan daxilində istirahət edim. Əvvəlcə bağ evimdə istirahət edib, günəş vannası qəbul edəcəm. Sonra 10-15 günlük Azərbaycanın səfalı rayonlarından birində, sərin yerdə olmaq fikrim var".

Elmira Axundova: "Bu il istirahətimi bağda və Qəbələdə keçirəcəm. Qəbələyə festival olanda gedəcəm. İstəyirəm bu il Azərbaycanın bütün səfalı rayonlarını gəzim. Zaqatala, Balakən, Şəkidə olmamışam. Bu rayonları gəzmək fikrim var. Hazırda Masallıya gedirəm. Bu gün rayon sakinləri üçün iftar süfrəsi açacam. Sonra da dostlarla Lerik və Lənkəranı gəzəcəm. Həm indi qonşu Türkiyədə vəziyyət gərgindir. Həmişə gedib orda da dincəlirdik. Amma bu il adam bir az çəkinir. Təəssüflər olsun ki, terror aktları çoxalıb. Ona görə də bu il Azərbaycan ərazisində olacam. Əsas da ona görə ki, bütün şərait yaradılıb. Gəzmək və istirahət etmək üçün Azərbaycanda hər cür imkan var".

Vahid Əhmədov bildirib ki, yay aylarını əsasən bağda keçirəcək:"Müəyyən vaxtlarda Qubada olacam. Bu ilki tətildə xaricə getməyi düşünmürəm".

Rasim Musabəyov tətillə bağlı bir plan müəyyənləşdirmədiyini deyib:"İstirahət Azərbaycan daxilində olacaq. Bəlkə xaricə də getdim. Amma hələlik tam seçim etməmişəm".

Tahir Mirkişili bildirib ki, hazırda səfərdədir:"Bir həfətə ərzində burda sesiyada iştirak edəcəm. Səfər bitəndən sonra istirahət barədə fikirləşəcəm. Hələlik ölkə daxilində və ya xaricdə istirahət etməklə bağlı bir planım yoxdur".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.az