Xəbər lenti

Azərbaycanlı diaspora rəhbəri axtarışda
Ölkə18:57 24.11.2014

Azərbaycanlı diaspora rəhbəri axtarışda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərov beynəlxalq axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunub ki, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün İnterpola müraciət edib.
E.Nəzərov Çexiyada fəaliyyət göstərən “Azər-Çex” Cəmiyyətinin sədri, sabiq baş nazir Sürət Hüseynovun müşaviri olmuş Saday Nəzərovun oğludur.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi beynəlxalq axtarışa verilən “Azər-Çex” Cəmiyyətinin sədri E.Nəzərovla bağlı məsələyə aydınlıq gətirib. Komitədən APA-nın sorğusuna cavab olaraq verilən məlumata görə, qurum artıq bir neçə ildir Elşən Nəzərov adlı şəxslə bütün əlaqələri kəsib:
“Onun fəaliyyəti ilə bağlı dəfələrlə Dövlət Komitəsinə də şikayət xarakterli müraciətlər daxil olub. Bu müraciətlərlə əlaqədar E.Nəzərova bir neçə dəfə xəbərdarlıq edilib. Təəssüf edirik ki, bu xəbərdarlıqlardan heç bir nəticə çıxarmayıb. Buna görə də E.Nəzərovla əməkdaşlıq tamamilə dayandırılıb. Eyni zamanda E.Nəzərovun diaspor təşkilatının rəhbəri kimi də təqdim olunması doğru deyil. Çünki o, faktiki olaraq bir neçə ildir ki, bu sahədə fəaliyyətini dayandırıb. Rəsmi olaraq bildiririk ki, hazırda bu ölkədə iki Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir: Azərbaycan Tələbə Şəbəkəsi (sədri Eldar Vəliyev) Praqa Azərbaycan Gənclər və Tələbə Assosasiyası (sədri Cavid Əlizadə). Dövlət Komitəsi hazırda Çexiyada bu təşkilatlarla əməkdaşlıq edir” - deyə Komitədən bildirilib.
Qaynar.info