Xəbər lenti

Azərbaycanlı futbol hakimləri oyundan qayıdarkən qəzaya düşdü
İdman 23:35 10.12.2022

Azərbaycanlı futbol hakimləri oyundan qayıdarkən qəzaya düşdü

Azərbaycanlı futbol hakimləri qəzaya düşüb.
 
Qaynarinfo xəbər verir ki, hadisə Yevlaxın Tanrıqulular kəndində baş verib. "Opel” və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
 
Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu isə aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
 
Xəsarət alanlar futbol üzrə Azərbaycan Birinci Divizionunun 14-cü turu çərçivəsində bu gün keçirilmiş "Mingəçevir” - "Qaradağ Lökbatan” oyununa təyinat almış hakimlər və hakim-inspektordur. Belə ki, "Qaradağ Lökbatan”ın 2:0 qalib gəldiyi oyunda Rövşən Rəcəbov baş hakim olubsa, Elmin Süleymanov və Asif Abdullayev yan xətt hakimi, Rəsul Babayev isə dördüncü hakim kimi fəaliyyət göstərib. Ceyhun Haşımov isə bu matçın hakim-inspektoru olub.
 
Hadisə onlar oyundan sonra Bakıya qayıdarkən baş verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->