Xəbər lenti

Azərbaycanlı gənc Rusiya meşəsində ölü olaraq tapılıb
Ölkə06:58 17.11.2017

Azərbaycanlı gənc Rusiya meşəsində ölü olaraq tapılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Amur vilayətinin Şimanovskiy rayonu Saskalinskiy qəsəbəsində azərbaycanlı gənc meşədə donaraq ölüb. 
"Qaynarinfo" xəbər verir ki, yaxınlarının "Report"a verdiyi xəbərə görə, əslən Azərbaycanın Salyan rayonundan olan, Rusiya vətəndaşı 1986-cı il təvəllüdlü Səmədov Aleksey Abdurrəhman oğlunun meyiti qəsəbə sakinləri tərəfindən meşədə donmuş halda tapılıb.
Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb. 
A.Səmədovun həvəskar ovçuluqla məşğul olduğu deyilsə də, meyiti aşkar olunan zaman ov alətləri və ya ov silahı yanında olmayıb. O doğulduğu qəsəbədə dəfn olunub.
Qaynarinfo.Az