Xəbər lenti

Azərbaycanlı gənc "Sahil" adlı avtomobil dizaynı hazırladı
Ölkə08:04 07.01.2018

Azərbaycanlı gənc "Sahil" adlı avtomobil dizaynı hazırladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı gənc Ramil Nəcəfov yeni avtomobil dizaynı üzərində işi başa çatdırıb.
Dizayner AZƏRTAC-ın müxbirinə bildirib: "Sahil” adı verilən bu avtomobil ekonom sinfə aiddir. "Sahil” dördnəfərlik, ön ötürücülü və beşqapılıdır. Dam boyu panoram lükü olan avtomobilin mühərrikinin həcmi 1,3 litrdir. Beşpilləli avtomat robot transmissiya sistemi ilə hərəkət edə bilən avtomobilin maksimum sürəti saatda 200 kilometrə çatır. Əyləc funksiyası dörd ədəd qırmızı antiblok əyləc sistemi vasitəsilə yerinə yetiriləcək. Avtomobil həm elektrik, həm də benzinlə işləyə bilər. Əlbəttə, bütün bu göstəricilər nəzəri cəhətdən mümkündür. Daha dəqiqini mütəxəssislər deyə bilərlər”.
R.Nəcəfov qeyd edib ki, bu dizaynı hazırlamaq üçün dörd ay sərf edib. O, layihəsinin dəstəklənməsi üçün "Sahil” avtomobil modelinin dizaynını Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavoduna göndərmək niyyətindədir.