Azərbaycan vətəndaşı terrorçuluğa görə beynəlxalq axtarışa verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "İnterpol"un saytında məlumat yerləşdirilib.
27 yaşlı Elnur Rəcəboğlu terror qruplaşmasına dəstək verməkdə ittiham olunur. O, 1992-ci ildə Qaxın Güllük kəndində anadan olub. Onunla bağlı Azərbaycanda cinayət işi başlasa da, o, istintaqdan yayınıb. Məhkəmə E.Rəcəboğlu barədə həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.