Ötən tədris ilində 751 azərbaycanlı dövlət xətti ilə xarici ölkə universitetlərində təhsil alıb.
Qaynarinfo azedu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan "Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.
Göstəricilərə görə, 2018-2019-cu tədris ilində ən çox azərbaycanlı Türkiyədə təhsil alıb. Ötən tədris ilində onların sayı 243-ə çatıb.
Say çoxluğuna görə növbəti sırada 184 nəfərlə Rusiya, 98 nəfərlə Almaniya gəlir. Bundan əlavə, dövlət xətti ilə Böyük Britaniyada 52, Kanadada 48, Çində 46 həmvətənimiz təhsil alır. Bu azərbaycanlılardan 17-i Belarus, 5-i Ukrayna, 11-i ABŞ, 6-ı Fransa, 8-i Niderlandda oxuyur. Ötən tədris ilində 8 azərbaycanlı Niderlanda, 3-ü isə Sinqapurda təhsil alıb.
Macarıstan, Koreya Respublikası, İsveçrə, Estoniya kimi ölkələrin hərəsində isə dövlət xətti ilə 1 tələbə təhsil alıb.
Xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşlarının statistikasına diqqət etdikdə məlum olur ki, ötən illərlə müqayisədə MDB-yә üzv olan ölkәlәrdә təhsil alan azərbaycanlıların sayı azalıb. Ötən tədris ilində MDB ölkələrində 206, 2017 – 2018-ci ildə isə 241 həmvətənimiz təhsil alıb. Əvvəlki il isə onların sayı 267 olub.
Qeyd edək ki, statistika xarici universitetlərdə məhz dövlət xətti ilə oxuyan azərbaycanlıları əhatə edir.