Xəbər lenti

Azərbaycanlı gənclər niyə xarici ölkələrdə təhsili seçir? (SƏBƏB)
Ölkə 16:14 25.12.2023

Azərbaycanlı gənclər niyə xarici ölkələrdə təhsili seçir? (SƏBƏB)

"Son illər Azərbaycandan "beyin axını" daha çox Rusiya, Türkiyə və Qərbi Avropa istiqamətlərinə olub".
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycandan kənarda təhsil alan gənclərdən danışarkən deyib. 

O bildirib ki, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır:

"Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan bir qrupu Dövlət İmtahan Mərkəzi tərəfindən keçrilən qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. İkinci kateqoriyanı Azərbaycanda ali məktəblərə qəbul olan, amma aldıqları təhsilin onları qane etməyən şəxslər təşkil edir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər".
 


Kamran Əsədov qeyd edib ki, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir:

"Bu qədər ali təhsil ocağında 164 mindən çox insan təhsil alır. Təəssüf ki, bizim bu qədər universitetin heç biri dünya reytinq cədvəlində yoxdur. Ölkəmizin universitetlərinin çoxunda infrastruktur müasir standartlara cavab vermir. Yeməklər yoxdur. Tələbə yataqxanaları fəaliyyət göstərmir. Tələbələrin sosial fəaliyyəti yox dərəcəsindədir. Ali təhsil ocaqlarının tədris resursları XX əsrin 80-90-cı illərindən qalmadır”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->