Xəbər lenti

Azərbaycanlı hakerlərə xəbər
Ölkə07:44 15.02.2015

Azərbaycanlı hakerlərə xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi kompüter sistemlərinin təhlükəsizliyinin analizi üzrə laboratoriya yaradır. 
Anspress-in Mərkəzə istinadən verdiyi məlumata görə, laboratoriya yaxın aylarda yaradılacaq. 
Laboratoriyanın əsas vəzifələrinə kibertəhdidlərin analizi, onlarla mübarizə metodlarının tətbiqi, kompüter şəbəkələrinin təhlükəsizliyinin və proqram təminatının yoxlanılması və s. daxildir.
Analizin aparılması üçün proqram-aparat komplekslərinin alınması planlaşdırılır. İnformasiya təhlükəsizliyi sistemlərinin analizi kompüter şəbəkələrinin cinayətkarların hücumlarından müdafiəsini təmin etməyə və çatışmazlıqları üzə çıxartmağa imkan verəcək.
Qaynar.info