Xəbər lenti

Azərbaycanlı hakimlər Avropa Liqasının oyununa təyinat alıblar
Ölkə17:51 09.07.2019

Azərbaycanlı hakimlər Avropa Liqasının oyununa təyinat alıblar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı FİFA hakimləri növbəti təyinat alıblar.
APA-nın məlumatına görə, ədalət təmsilçilərimiz Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iş başında olacaqlar.
İyulun 18-də keçiriləcək "Spartak Trnava” (Slovakiya) – "Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasını Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.