
Naməlum səbəbdən məhkəmə təxirə salındı
20:13
Bu dəqiqələrdə aldığımız məlumata görə, Ukraynada şəhidlərimiz, xalqımız və Ramil Səfərov haqqında nalayiq ifadələr işlədən erməni Kadeçyanı döyərək həbs olunmuş Odessa Dənizçilik Universitetinin məzunu, 23 yaşlı Mirzəyev Rəşid Rafiq oğlu azadlığa buraxılıb.
Məlumatı Qaynar.info-ya R.Mirzəyevin valideynləri verib.
15:10
Bir müddət əvvəl Cəlilabad rayon sakini, Odessa Dənizçilik Universitetinin məzunu, 23 yaşlı Mirzəyev Rəşid Rafiq oğlu Ukraynada şəhidlərimiz, xalqımız və Ramil Səfərov haqqında nalayiq ifadələr işlədən erməni Kadeçyanı döyərək həbs olunmuşdu.
Məlum olub ki, Ermənistan vətəndaşı, 35 yaşlı Kadeçyan da sözügedən universitetin keçmiş məzunu olub. Hərbçinin valideynlərinin Qaynar.info-ya verdiyi məlumata görə, erməni vətəndaşı xalqımızı təhqir edərək Rəşid Mirzəyevi münaqişəyə çəkib. Baş vermiş olayla bağlı bu gün məhkəmə keçirilməli imiş. Ancaq naməlum səbəblərdən məhkəmənin icrası təxirə salınıb. Onların sözlərinə görə, artıq sentyabr ayından həbs olunmuş hərbi müdavimin səhhətində də ciddi problemlər yaranıb.
Valideyinlərin sözlərinə görə, əvvəl Azərbaycanın Ukraynadakı səfirliyi məsələni nəzarətə götürsə də, sonradan problemlə maraqlanan olmayıb. Rusiya Fedarasiyasında işləməklə oğluna tez-tez baş çəkən Rəşidin atası Rafiq Mirzəyev artıq maddi durumunun da tükəndiyini bildirir. Ukraynada yaşayan erməni lobbisi isə Azərbaycan vətəndaşına, hərbi müdavimə 8 ilə kimi həbs cəzasının verilməsini tələb edir.
Qeyd edək ki, 28 sentyabr 2012-ci il tarixdə Ermənistan vətəndaşı Kadeçyanla aralarında yaranmış mübahisə zəminində onu döydüyünə görə Rəşid Mirzəyev barəsində Ukrayna polisi tərəfindən həbs qəti-imkan tədbiri seçilib. Ukrayna vətandaşı ilə də ailə quran erməni zabitiin K.Q.Kadeçyanın durumu ilk əvvəllər normal olsa da, sonradan komada olması ilə bağlı şişirdilmiş yalan məlumatlar yayılıb.
Qaynar.info



