Xəbər lenti

Azərbaycanlı idmançı ermənini məğlub edərək dünya çempionu oldu (VİDEO)
Ölkə18:52 16.12.2021

Azərbaycanlı idmançı ermənini məğlub edərək dünya çempionu oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı MMA döyüşçüsü Nicat Yusifov Ukraynanın Xarkov şəhərində World Cossack Fight Federation (WCFF) təşkilatının təşkil etdiyi dünya çempionatının qalibi olub.
Qaynarinfo xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Ukraynanı təmsil edən erməni Artur Qriqoryanla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Yusifov yarışın qalibi adını alıb. Turnirdə 25 ölkədən 1000-dən çox idmançı iştirak edib.
Qeyd edə ki, Nicat Yusifov iyunun 7-də Ukraynanın Odessa şəhərində kazak döyüşü üzrə yarışda da eyni rəqibi məğlubiyyətə uğradıb.
<iframe src="http://baku.tv/embed/48003" width="640" height="360" frameborder="0" scrolling="no" allow="autoplay; encrypted-media" allowfullscreen="">