Xəbər lenti

Azərbaycanlı idmançı nazirliyin önünə benzin tökdü: "Yaxın gəlsəz, özümü yandıracam" (VİDEO)
Ölkə13:55 11.08.2017

Azərbaycanlı idmançı nazirliyin önünə benzin tökdü: "Yaxın gəlsəz, özümü yandıracam" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı boksçu Emin İsmayılov təkbaşına aksiya keçirib.

"Qaynarinfo" azxeber.com-a istinadən xəbər verir ki, idmançı Gənclər və İdman Nazirliyinin binası önünə benzin töküb və nazirliyə təkbaşına etiraz edib.

İdmançı deyib: "3 ildir ki, məni süründürürsüz, dinləmirsiz. Əgər cəsarətiniz varsa, mənə yaxınlaşın, kimsə məni yaxınlaşsa, özümü yandıracam".

Ərazidə olan polislərin müdaxiləsindən sonra idmançı hadisə yerindən uzaqlaşdırılıb. Dostlarının dediyinə görə, 3 saatdan çoxdur ki, ondan xəbər yoxdur.

Qeyd edək ki, boksçu Emin İsmayılov bir neçə müddətdir ki, ciddi zədədən əziyyət çəkir. O dəfələrlə müalicəsi üçün nazirliyə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bu səbəbdən də boksçu özünü yandıracağını deyib. 

O həmçinin qeyd edib ki, yaxın günlərdə özünü yandıracaq. 

Qaynarinfo.Az