Xəbər lenti

Azərbaycanlı dünya çempionu “Survivor”da iştirak edəcək
İdman11:00 08.02.2020

Azərbaycanlı dünya çempionu “Survivor”da iştirak edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kikboks üzrə dünya çempionu Pərviz Abdullayev Türkiyənin məşhur "Survivor” yarışmasında iştirak edəcək. 
"Qəbələ"li idmançı Acun İlıcalının rəhbəri və aparıcısı olduğu yarışmanın seçim mərhələlərindən artıq keçib. O bir müddətdir, buna görə İstanbuldadır və yarışmanın hazırlıqlarını görür.
Qeyd edək ki, "Survivor” fevralın 16-da TV8-də yayıma başlayacaq. Oyun Dominikanda baş tutacaq. 
Xatırladaq ki, bu il yarışmada "Arka sokaklar” serialında Murad obrazını canlandıran Uğur Pektaş, "Master Chef” yarışmasının iştirakçısı Yasin Obuz, sosial media fenomeni Cemal Can, aktyor Ersin Korkut, müğənni Əmrahın oğlu Tayfun Ərdoğan, futbolçu Sercan Yıldırım da iştirak edəcək.