Xəbər lenti

Azərbaycanlı iş adamı silahlı insidentə görə həbs olundu
Ölkə11:29 27.11.2017

Azərbaycanlı iş adamı silahlı insidentə görə həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində azərbaycanlı iş adamı həbs olunub.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Kazan şəhər Sovetski rayon polisi tərəfindən saxlanılan azərbaycanlı iş adamı, əslən Azərbaycanın Cəlilabad rayonundan olan Ağayev Namiq Aydın oğludur.
Rayon məhkəməsi onunla bağlı 2 aylıq həbs qətimkan tədbiri seçib.
N. Ağayev şəhərdə tikinti sektorunda çalışan iş adamları arasında baş vermiş silahlı insidentdə iştirakda ittiham olunur.
Rusiya Federasiyası İstintaq Komitəsinin yerli bölməsi tərəfindən istintaq aparılır.