Xəbər lenti

Azərbaycanlı iş adamını döymək istədilər - FOTOLAR
Ölkə12:35 19.09.2014

Azərbaycanlı iş adamını döymək istədilər - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rza Zərrab avtomobilində 3 gəncin hücumuna məruz qaldı.

Gecce.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan əsilli işadamı Rza Zərrəb ötən gün axşam saatlarında sürücüsünün idarə etdiyi şüşələri tünd qara rəngli "plyonka" ilə örtülmüş lüks avtomobiliylə qardaş ölkənin İstinyə adlanan ərazisindən az sürətlə yol gedərkən 3 gənc onlara yaxınlaşıb avtomobilin qapısını açmağa cəhd ediblər. 

Küçədə oturan 3 gənc "Məhəlləmizdən qız aparmağamı gəldin?!" deyərək iş adamının avtomobilinə hücum çəkiblər.

Qapı açılmayınca  daha da qəzəblənən gənclər, "Bizim məhəllədən qızmı aparmağa gəldin?!" deyə qışqıraraq şüşələri yumruqlamağa başlayıblar. Avtomobildə arxada əyləşən Zərraba əl qol hərəkəti edərək qışqıran bu 3 gənc, qapını açmaq üçün çox çalışdıqları vaxt sürücü sürəti artıraraq hadisə yerindən uzaqlaşmağı bacarıblar. 

İstinyəyə Polis bölməsinə gedən Zərrab, tanımadığı 3 adamın ona hücum etmək istədiyini bildirib. Zərrabın şikayətindən sonra polislər həmin 3 şəxsi tutaraq bölməyə gətiriblər. 

Onlar ifadələrində avtomobilin yan şüşələrinin tünd qara rəngdə olması səbəbiylə həmin şəxsin Rza Zərrab olmasını bilmədikləri üçün bu addımı atdıqlarını söyləyiblər.

“Lüks avtomobiliylə məhəllədən qız götürməyə gələn biri zənn etdik” deyə ifadə verən gənclərə qarşı etdiyi şikayəti Rza Zərrab geri götürüncə təqsirləndirilən şəxslər sərbəst buraxılıb.

Qaynar.info