Xəbər lenti

Azərbaycanlı jurnalist və rejissor "Google"da yüksək vəzifəyə təyin olundu
Ölkə06:46 10.05.2018

Azərbaycanlı jurnalist və rejissor "Google"da yüksək vəzifəyə təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı rəssam, jurnalist və bir çox musiqi kliplərinin rejissoru Röyal Paşayev ABŞ-da Google şirkətinin art direktor vəzifəsinə təyin olunub.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, hazırda Nyu-Yorkda yaşayan Röyal Paşayev 25 dekabr 1985-ci ildə Gəncədə anadan olub. Sonradan ailəsi ilə birlikdə Ukraynaya köçüb. Orada orta məktəbi bitirdikdən sonra valideynləri yenidən Bakıya qayıdıb və o, 2003-cü ildə jurnalist kimi işə başlayıb. 2004-cü ildə Odlar Yurdu Universitetinə daxil olub, 2008-ci ildə isə jurnalistika üzrə magistr dərəcəsini alıb.
R. Paşayev H.O.S.T-un təsisçilərindən biri və "MadHouse Community" musiqi leyblının meneceridir.
2007-ci ildə fəaliyyətə başlayan H.O.S.T-un yaradıcılarından biri olan R.Paşayev qrupun bütün simvollarının, posterlərinin, konsertlərin vizual dizaynlarının, eləcə də yüzlərlə mahnı albomunun üz qabığının müəllifidir.
2015-ci ildə Royal Paşayev "Magdalena" adlı incəsənət layihəsini təqdim edib. Bu layihənin fərqi onda idi ki, rəssam məşhur qadınları fərqli hicablarda təsvir etmişdi.