Xəbər lenti

Azərbaycanlı jurnalist xanımın köməyə ehtiyacı var
Ölkə12:15 06.06.2013

Azərbaycanlı jurnalist xanımın köməyə ehtiyacı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jurnalist İlhamə Kərimova 2007-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkir.

“Media forum” saytına açıqlamasında İlhamə Kərimova deyib ki, indiyə qədər Moskvada, İstanbulda müalicə olunub: “Bu müddətdə rayonda evimizi, Bakıda, demək olar, bütün əşyalarımızı satmışıq. Amma yenə də çatdırmaq olmur. 2010-cu ildən bəri müayinə və müalicələrə üç aydan bir 5-10 min manat lazım gəlir. Mən II qrup əlil kimi 85 manat, anam isə 176 manat pensiya alırıq. Qohum-tanış, hətta tanımayanlar belə bacardıqları qədər kömək edib. Onların hamısına təşəkkürlərimi bildirirəm. Üzümü yenə imkanlı və xeyirxah insanlara tutub yardım etmələrini xahiş edirəm”. 

İlhamə Kərimova 1971-ci ildə doğulub. BDU-nun məzunudur. “Space”, “Lider” telekanallarında, “Azərbaycanfilm” kinostudiyasında işləyib.

Əlaqə telefonları: 050-323-73-83;  055-533-05-83.

Qaynar.info