Xəbər lenti

Azərbaycanlı jurnalistin başına iş gəldi - VİDEO
Ölkə08:30 18.08.2014

Azərbaycanlı jurnalistin başına iş gəldi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şarm-əl-Şeyx aeroportunda oğurluq hadisəsi baş verib

ANS TV-nin əməkdaşı Qənirə Ataşovanın Misirdə hava limanında başına iş gəlib.

Anspress-in məlumatına görə, Şarm-əl-Şeyx hava limanında "Boing 737-800" tipli təyyarədə uçuş bir müddət gecikib. Buna səbəb isə Şarm-əl-Şeyx aeroportunda "duty free"dəki oğurluq olub.

Bu hadisədən sonra gənc bir oğlan təyyarəyə daxil olaraq oğurluq hadisəsi ilə bağlı sərnişinlərə xəbərdarlıq edib. "Duty free"dən götürülən malın ya qiymətinin ödənilməli olduğunu, ya da geri qaytarılmalı olduğunu söyləyib.

Bu qəribə hadisə təyyarədəki sərnişinlər tərəfindən birmənalı qarşılanmayıb. Bir müddət gecikmədən sonra təyyarəyə uçuşa icazə verilib.

Qaynar.info