Xəbər lenti

Azərbaycanlı kişi iki qız uşağını oğurluyaraq İŞİD-ə qoşulub (VİDEO)
Ölkə13:38 07.09.2017

Azərbaycanlı kişi iki qız uşağını oğurluyaraq İŞİD-ə qoşulub (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı qadının iki uşağı əri tərəfindən oğurlanaraq Rakkaya aparılıb.

Türkiyənin İstanbul şəhərində yaşayan Misirova Sevinc baku.ws-ə bildirib ki, 18 ay əvvəl yoldaşı Məmmədov Toğrul Məmmədzadə Azadə və Məmmədzadə Aişə adlı qızlarını qaçırıb.

M.Sevincin sözlərinə görə, əri İŞİD-ə qoşulub. T.Məmmədzadə sonuncu dəfə dekabr ayında yoldaşı ilə əlaqə saxlayıb. O, bildirib ki, Rakkadadır.

Misirova Sevinc uşaqlarını geri götürmək istəyir və bunun üçün hər kəsdən yardım istəyir.

Qaynarinfo.Az