Xəbər lenti

Azərbaycanlı komandan regiondakı təhlükədən danışdı
Ölkə12:33 19.06.2014

Azərbaycanlı komandan regiondakı təhlükədən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev NATO PA-nın prezidenti ilə görüşüb

NATO Parlament Assambleyasının Prezidenti Hyu Bayley Bakıda keçirilən “Rose-Roth” seminarında iştirakı çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyevlə görüşüb.

DSX-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə NATO arasında əməkdaşlıq əlaqələrinin inkişafı, 2001-ci ildən etibarən NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində birgə və üzv ölkələrin müvafiq qurumları ilə həyata keçirilmiş ikitərəfli əməkdaşlıq fəaliyyətləri, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Müzakirələr zamanı Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi üzrə həyata keçirilən islahatların əhəmiyyəti qeyd olunub. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının 20% ərazisinin, o cümlədən dövlət sərhədinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin kriminal məqsədlərlə istifadə edilməsinin sərhəd təhlükəsizliyinə əsas təhdid olaraq qalması vurğulanıb.

Qaynar.info