Xəbər lenti

Azərbaycanlı kursant Rusiyada itkin düşdü
Ölkə13:25 09.02.2015

Azərbaycanlı kursant Rusiyada itkin düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Novorossiysk şəhər polisi itkin düşmüş azərbaycanlı kursant haqqında axtarış elan edib.

Apa-nın məlumatına görə, şəhər üzrə Daxili İşlər Nazirliyi İdarəsi 1992-ci il təvəllüdlü azərbaycanlı, Qazaxıstan vətəndaşı Arif Koroğluyevin itkin düşdüyünü bəyan edib. 

O, F.F.Uşakov adına Akademiyanın 5-ci kursunda təhsil alan kursantdır. 25 dekabr 2014-cü ildə saat 12.17-də Arif Novorossiysk avtovağzalından Novorossiysk-Krasnodar istiqamətində yola düşüb. İndiyə kimi onun yeri məlum deyil.

Boyu 185 sm, gözləri göy, açıq-şabalıdı saçı olan bu oğlanın əynində qara rəngdə kapşonlu gödəkçə, tünd rəngli cins və qara rəngli ayaqqabı olub. Mobil telefonu olsa da, bir aydır həmin nömrəyə zəng çatmır.

Qaynar.info