Xəbər lenti

Azərbaycanlı məktəbli Ermənistan bayrağına belə etiraz etdi (VİDEO)
Ölkə08:43 25.07.2017

Azərbaycanlı məktəbli Ermənistan bayrağına belə etiraz etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Taylandın Naxom-Patom şəhərində keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında azərbaycanlı iştirakçı Ermənistan bayrağına etiraz jesti nümayiş etdirib.

Oxu.az-ın məlumatına görə, yarışma qalibləri mükafatlandırılan zaman azərbaycanlı iştirakçı Turan Məmmədlinin ardınca səhnəyə erməni məktəbli dəvət olunub.

Bütün yarışmaçılar kimi, azərbaycanlı qalib də bayrağımızı nümayiş etdirib. Onun ardınca mükafatlandırılan erməni yarışmaçı T.Məmmədlinin yanında dayanaraq bayrağını nümayiş etdirdikdə, həmyerliimiz yerini dəyişib. 

Qeyd edək ki, Azərbaycanı 49-cu Beynəlxalq Kimya Olimpiadasında Ramil Babazadə, Nəriman Mirişov, Turan Məmmədli uğurla təmsil ediblər və ölkəmiz  78 ölkə arasında 15-ci yerdə qərarlaşıb.

Qaynarinfo.Az