Xəbər lenti

Azərbaycanlı məşhur Venesuela prezidenti ilə bir arada (VİDEO)
Ölkə08:28 09.06.2022

Azərbaycanlı məşhur Venesuela prezidenti ilə bir arada (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Venesuela prezidenti Nikolas Maduro Türkiyədə rəsmi səfərdə olub. Bu zaman xarici ölkənin dövlət başçısı həyat yoldaşı Siliya Floreslə retinqli layihələrdən olan "Kuruluş Osman” serialının çəkiliş heyəti ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, həmin vaxt azərbaycanlı kikboksçu Zabit Səmədov da yaradıcı heyət arasında olub. Maduro Zabit Səmədovla da görüşüb. Bu haqda idmançı özü məlumat verib. O, sosial şəbəkə hesabında həmin anları əks etdirən görüntülər və fotolar paylaşıb. 
59 yaşlı przident bu serialın daimi tamaşaçısı olduğunu və aktyorları yaxşı tanıdığını deyib. Maduro "Gəncə bəy" obrazını canlandıran Səmədova onun da aktyorluq qabiliyyətini çox bəyəndiyini söyləyib.