Xəbər lenti

Azərbaycanlı məşqçinin obyekti yandı
Ölkə16:11 16.03.2015

Azərbaycanlı məşqçinin obyekti yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vaxtilə "Xəzər Lənkəran", "Şəmkir" və "Karvan" kimi klublarda köməkçi-məşqçi kimi çalışmış Zakir Mahmudovun işlətdiyi ticarət obyekti yanıb.
Mahmudovun Sumqayıtdakı obyekti əslində indi yox, xeyli əvvəl yanıb. Amma xəbər mətbuata məhz bu günlərdə çatdığından komanda.az saytı məşqçi ilə əlaqə saxlamaq qərarına gəlib.
Zakir Mahmudov sayta açıqlmasında məlumatın doğru olduğunu təsdiqləyib: "Sumqayıtda mənim obyektimdə yox, ümumilikdə "Karvan" ticarət mərkəzində yanğın oldu. Orada kiçik bir obyekt işlədirdim. Yanğın zamanı ora da içindəki mallarla birgə yandı".
Z.Mahmudovun hazırda nə işlə məşğul olmasından da danışıb. O, hazırda işsiz olduğunu deyib: "Hazırda heç bir yerdə çalışmıram. Sonuncu dəfə "Sumqayıt"ın aşağı yaş qruplarından ibarət komandasında çalışmışam. Ordan ayrıldıqdan sonra 9 aydı işsizəm. Mənim indi elə yaşımdır ki, oyunçu yetişdirməliyəm. "Sumqayıt"dakı oyunçuların bir çoxu mənim yetirməm olub. Heç kimə gedib "mənə iş tapın" deyə bilmərəm. Hazırda işsiz olduğumu bilirlər. Bu yaşdan sonra gedib kateqoriya almaq üçün oxuya bilmərəm. Mənim 22 illik məşqçi təcrübəm var. Yetişdirdiyim oyunçular da göz qabağındadır. Hansısa klubun aşağı yaş qruplarında məmnuniyyətlə işləyərdim".
Zakir Mahmudov vaxtı ilə "Şəmkir", "Karvan" və "Xəzər Lənkəran" kimi komandalarda köməkçi-məşqçi kimi çalışıb. O, bu komandalarla dəfələrlə çempionatın müxtəlif meyarlı medallarını qazanıb.
Qaynar.info