
Azərbaycanlı milyarder, "Lukoil"in prezidenti Vahid Ələkbərovun əməkdaşının oğlu Moskva polisini bir-birinə qatıb.
Qaynarinfo.az Anspress-ə istinadən xəbər verir ki, söhbət "Lukoil"un vitse-prezidenti Azat Şamsuarovun oğlundan gedir. İçərisində Ruslan Şamsuarovun və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. "Mercedes Gelandewagen" ilə polislərlə küçələrdə "qaçdı-qovdu" başlayıb.
Polis maşınları onların içində olduğu, nömrəsiz bahalı maşını qovub. Onlar nömrəsiz maşınla polisdən qaçmağa çalışsalar da, bu alınmayıb.
Polis onları qovan və saxlayan zaman gənclər "Periscope" sosial şəbəkədən canlı yayıma çıxıblar. Onlar baş verənləri anbaan çəkərək paylaşıblar. Hətta Ruslan polislər onları saxlayandan sonra da baş verənləri çəkərək paylaşıb.
20 yaşlı gənc sükan arxasında özünün olmadığını iddia edib. "Mən yarım bokal şərab işmişdim. Hesab edirəm ki, içki içən şəxs sükan arxasında oturmamalıdır. Bunun üçün də öz tanışımdan xahiş etdim. O, isə polisi qıcıqlandırmaq qərarına gəldi. Onun ağlına bu fikir gələndə mən ümumiyyətlə maşında olmamışam".
Polisin məlumatına görə, insident mayın 23-də səhər saatalarında baş verib. Gənc adamlar yüksək sürətlə hərəkət ediblər. Onlar yol hərəkəti qaydalarını pozub, piyadea keçidinə çıxıblar. Dalana dirənən gənclər maşını ataraq qaçmaq istəyiblər.
İlkin məlumata görə, sürücü 5 min rubl dəyərində cərimələnib. Rusiya DİN-nin baş idarəsinin saytında yer alan məlumata görə, qanun pozucuları saxlanılıb. Cərimənin miqdaraı isə 40 min rubldur.
Artıq iş adamının oğlu baş verən hadisəyə görə üzr istəyib.
Qaynarinfo.az