Ukraynada azərbaycanlı minaya düşərək ölüb. Hadisə qızğın döyüşlərin getdiyi Luqanskda baş verib. Telman Sədi oğlu Cəfərov adlı azərbaycanlı minaya düşərək həlak olub. Bu barədə məlumatı Anspress-ə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib.
O, bildirib ki, həmin ərazidə vəziyyət gərgin olduğundan azərbaycanlılar təlaş içindədir: "Hazırda azərbaycanlıların həmin ərazilərdən başqa yerlərə köçürülməsi ilə bağlı fikirlər səslənir".
Məlumata görə, T.Cəfərov və digər 3 nəfər azərbaycanlı qoyun otaran zaman gülləboran ediliblər. T.Cəfərov başından güllə yarası alıb. Digər 3 nəfərdən isə xəbər yoxdur. Ölən azərbaycanlı iki uşaq atası olub.
Qeyd edək ki, həlak olan azərbaycanlı ilə bağlı əlavə məlumatlar veriləcək.