Xəbər lenti

Azərbaycanlı model “Bu tarz benim”də - VİDEO
Ölkə20:25 04.02.2015

Azərbaycanlı model “Bu tarz benim”də - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
TV8 telekanalında yayımlanan “Bu tarz benim” dəb proqramında azərbaycanlı model Merlin Təranə iştirak edib. 
Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, o, podiuma müğənni İradə İbrahimovanın mahnısının sədaları altında çıxıb. Anası ukraynalı olan həmyerlimiz “ulduz” alaraq proqramda iştirak hüququ qazanıb.
Münsiflərdən Nur Yerlitaş Azərbaycan qızlarını çox sevdiyini ifadə edib: “Mən də Azərbaycan qadınlarına bənzəyirəm”.
Yerlitaş müğənni Abbasın heyranı olduğunu da vurğulayıb.
“Bu gün proqramı Abbasın “Aləm gözəl” mahnsıyla açdıq. Onun səsini çox bəyənirəm. İnşallah bir gün burda qonaq olar, mənə sürpriz edər”.
Digər münsif Kamal Doğulu isə bu mahnını Türkiyədə oxumaq istədiyini bildirib.
Qeyd edək ki, verilişin münsifləri model İvana Sert, modelyer Nur Yerlitaş, saç ustası, müğənni Kamal Doğuludur.
Qayna.info