Xəbər lenti

Azərbaycanlı müəllim gecə saat 4-də şagirdlərə belə dərs keçdi (VİDEO)
Ölkə11:25 06.01.2019

Azərbaycanlı müəllim gecə saat 4-də şagirdlərə belə dərs keçdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da yaşayıb-fəaliyyət göstərən azərbaycanlı müəllim Cəfər Cəfərov maraqlı addımı ilə gündəmə gəlib.
Dünyanın top universiteti "Stenford”un PHD məzunu, Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl mükafatçısı Cəfər Cəfərov Amerika vaxtı ilə gecə saat 4:06-da Bakıya canlı bağlanaraq azərbaycanlı şagirdlərə "Skype” vasitəsilə beynəlxalq olimpiadalara hazırlıq dərsi keçib. Bu barədə məlumatı və görüntüləri Təhsil Nazirliyinin İctimai Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov "Facebook" səhifəsində yayıb.
Qeyd edək ki, bu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Gənc müəllimin bu addımı hər kəs tərəfindən alqışlanıb.