Xəbər lenti

Azərbaycanlı müğənni dəm qazından zəhərləndi
Ölkə05:36 30.01.2015

Azərbaycanlı müğənni dəm qazından zəhərləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı məşhur müğənni Samir Salam dəm qazından zəhərlənib. Anspress-in məlumatına görə, dini mahnılar, ilahilər ifaçısı kimi tanınan müğənni Samir Salam gecə saatlarında Gəncədə qonaq qaldığı evin hamam otağında dəm qazından yüngül zəhərlənmə keçirib. 
Bu barədə məlumatı müğənni sosial şəbəkədə dostları ilə bölüşüb. O, qazın zəhərli tüstüsündən zəhərlənməyin çox pis olduğunu, əgər bir dəqiqə geciksəydi, vəziyyətinin yaxşı olmayacağını yazıb.
“Hadisə hamam otağında baş verdi, amma özümü itirmədim və dərhal hamamdan çıxdım. Neçə saatdır ki, özümə gələ bilmirdim. Hazırda baş ağrım qalsa da, Allaha şükür, bayaqkı ilə müqayisədə yaxşıyam” – deyə müğənni ANS PRESS-ə açıqlamasında bildirib.
Qeyd edək ki, dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. 
Qaynar.info