Xəbər lenti

Azərbaycanlı müğənni faciəli şəkildə öldü
Ölkə06:01 21.06.2014

Azərbaycanlı müğənni faciəli şəkildə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Meyit avtomobildən xüsusi alət və avadanlıqların köməyi ilə çıxarılıb.

Masallı rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. Qaynarşinfo APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 20-də saat 18.00 radələrində Ələt-Astara magistralının rayonun Musaküçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallının Qodman kənd sakini, 1973-cü il təvəllüdlü Rövşən Mürüvvət oğlu Həşimovun idarə etdiyi minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı palıd ağacına çırpılıb. Güclü zərbə nəticəsində avtomobil deformasiyaya uğrayıb, sürücü hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Səhiyyə Nazirliyini Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunublar. Onların səyləri ilə sürücünün meyiti xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən R. Həşimov cənub bölgəsinin tanınmış müğənnilərindən sayılıb.

Qaynar.info