Xəbər lenti

Azərbaycanlı müğənni "yol terroru"na qarşı - FOTOLAR
Ölkə06:36 23.04.2013

Azərbaycanlı müğənni "yol terroru"na qarşı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın beynəlxalq sosial şəbəkəsi "ButaLife.com" istedadlı gənc müğənni Günay İbrahimli ilə maraqlı sosial layihəyə imza atıb.

"ButaLife.com"-dan verilən xəbərə görə, "Təhlükəsiz Yol" adlanan sosial layihənin məqsədi sürücülərin və piyadaların diqqətini mövcud problemə cəlb etmək olub.

"Son vaxtlar yol-hərəkəti qaydalarının pozulması nəticəsində çoxsaylı qəzalar baş verir, ölüm və xəsarət halları qeydə alınır. Əgər sürücülər və piyadalar yol hərəkəti qaydalarına daha həssas yanaşsalar, bu faciələrin çoxundan qaçmaq olar."- deyə sosial şəbəkənin yaydığı məlumatda bildirilir.

"ButaLife.com" şəbəkəsi problemi ictimailəşdirmək üçün üçün müğənni Günay İbrahimlinin iştirakı ilə paytaxtın müxtəlif küçə və prospektlərində hərəkətin gur vaxtlarında fotosessiya təşkil edib.

Həmin fotolardan bəzi seçmələri təqdim edirik.

Daha çox foto ilə müğənninin sosial şəbəkədəki rəsmi səhifəsində tanış olmaq olar:

http://butalife.net/gunayibrahimli/photo/

Qaynar.info