Xəbər lenti

Azərbaycanlı müğənninin obyektini bağlatdılar
Ölkə14:18 11.02.2014

Azərbaycanlı müğənninin obyektini bağlatdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Emil Bədəlovun bir müddət öncə açdığı çay evi bağlanıb

Qaynar.info
axşam.az-a istinadən xəbər verir ki, buna səbəb qonşuların sənətçidən şikayət etməsi olub.

Emil xəbəri təsdiqləyib:

"İşlərim çox yaxşı gedirdi. Açılışdan cəmi iki ay keçsə də, artıq müəyyən xeyir götürmüşdüm. Amma qonşular şikayət etdi. Çünki məkan yaşayış binalarının yaxınlığında idi. Musiqi səsi və çoxlu avtomobillərin dayanması qonşuları narahat edirdi. Dedilər ki, saat 20:00-dan sonra işləməyin. Mənim müştəriləm isə əsasən, axşamlar gəlirdi.

Sənətçi dostlarım işdən sonra burada dincəlirdilər. Qonşular telekanalları çağırıb, səs-küy qaldırmaq istəyirdilər. Söz-söhbəti sevmədiyim üçün bağladım. İndi başqa bir məkanda daha gözəl çay evi açacam. Təxminən bir aya fəaliyyətə başlayacaq”.

Qaynar.info