“Bu mahnını hər yaşda insanların dinləməsi məsləhət deyil.”
... məlumatına görə, söhbət həm ifaçısı, həm bəstəkarı və aranjımançısı olan Tahir Abdullayevin “Vişnəli tort” mahnısından gedir. Müəllif mətbuata açıqlamasında bildirib ki, “Vişnəli tort” mahnısı disko üslubunda 18 yaşından yuxarı olan insanlar üçün nəzərdə tutulub. O, mahnını və sözlərini təqdim edib:
“Toxunsun nəfəsimə nəfəsin,
Oyunlar oynamağa, var həvəsim.
Sən qaçarsan, mən tutaram,
Nə istəsən ona razıyam.
Hər istədiyimiz olsun bu gün,
Çünki gec ola bilər sabah.
Qır, əsarət zəncirlərini,
Lap olursa, olsun günah.
Vişnəli tort bir də şampan,
Götürüb-gəlsəm, sizə bu axşam.
Kimsə yoxdusa evdə,
Planlarım var beynimdə”
T.Abdullayev qeyd edib ki, mahnının sözlərinin müəllifi, dostu Bəxtiyar Ələkbərova məxsusdur:
“Mahnılarımın əksəriyyətinin sözlərini Bəxtiyar yazır. Onun sözləriylə bəstələrim vəhdət təşkil edir.”
Mahnının miks-masterinq işlərini Elmurad Mirdadayev həyata keçirib.
Məlumat üçün bildirək ki, T.Abdullayevin mahnılarını müğənnilər Elnur Məmməmdov, Nuri Sərinləndirici, Sevil və Sevinc Səfərova bacıları, Xalid Hacıyev, Orxan Babazadə, İlkin Həsən, Mehman Tağıyev‚ Xəyal hüseyn və başqaları ifa edib.
Elnur Məmmədov Tahir Abdullayevin bir neçə - “Ad günü”, “Günləri sayıram”, “Muradım” mahnılarını ifa edib. T.Abdullayev onu da əlavə edib ki, yaxın günlərdə Elnurla yeni yaraıdıcı işi hazır olacaq. “Buz ürək” adlanan mahnı tezliklə təqdim olunacaq.