Xəbər lenti

Azərbaycanlı nazir İrəvana getməkdən imtina etdi
Ölkə12:12 16.11.2016

Azərbaycanlı nazir İrəvana getməkdən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin İrəvanda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək. 

Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bildirib. 

Qeyd edək ki, noyabrın 17-də İrəvanda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 8-ci qeyri-rəsmi görüşü keçiriləcək.

İrəvanda keçiriləcək görüşdə Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han və digər avropalı rəsmilər iştirak edəcək. 

Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Qaynarinfo.Az