
Bakıda əlillərə avtomobil verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Anspress-ə verilən məlumata görə, avtomobillərdən 40 ədədi sentyabrın 18-də Bakıda, nazirliyin inzibati binasının həyətində müharibə əlillərinə təqdim olunub. Tədbirdə nazir Fizuli Ələkbərov yeni minik avtomobili alan əlilləri bu münasibətlə təbrik edərək onlara xoş arzularını bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın bir neçə gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 180 ədəd “NAZ Lifan” markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulur.