Xəbər lenti

Azərbaycanlı nazir oğlu keçmiş ailəsi ilə birlikdə - FOTOLAR
Ölkə08:42 15.08.2014

Azərbaycanlı nazir oğlu keçmiş ailəsi ilə birlikdə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Safuranın həyat yoldaşı qızının ad günü partisində

Ötən günlərdə analıq sevincini yaşayan azərbaycanlı müğənni Safura Əlizadənin həyat yoldaşının yeni fotoları yayılıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycanın energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilk evliliyindən olan qızının ad günü partisində iştirak edib. Bir neçə gün öncə ikinci dəfə ata olan nazir oğlu əlamətdar gündə qızını tək qoymayıb. Fərhad Əliyev xüsusi olaraq qızı üçün təşkil olunmuş gecəyə qatılmaq üçün Türkiyədən Azərbaycana gəlib.

Qızın doğum günündə rəfiqələri və yaxın ailəsi olub. Balaca xanım və nazirin keçmiş gəlini xoş günündən olan fotoları sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, Fərhad Əliyevin ilk evliliyi dizayner Sara Əliyeva ilə olub. Nazirin oğlu Safura ilə ailə həyatı qurduqdan sonra Türkiyəyə köçüb.

Qaynar.info