Xəbər lenti

Azərbaycanlı pilotun F-16 qırıcısında “Selfie”si - FOTOLAR
Ölkə19:59 23.03.2015

Azərbaycanlı pilotun F-16 qırıcısında “Selfie”si - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Konyada (Türkiyə) Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin “TurAz Şahini 2015” birgə təlimləri davam edir. Oxu.az-ın məlumatına görə, təlimlər çərçivəsində qardaş ölkənin pilotları bir-birinin istifadəsində olan hərbi təyyarələri də sınaqdan keçirirlər.
Belə ki, bundan əvvəl, ötəni ilin sentyabrında Azərbaycanda keçirilən “Turaz Qartalı” təlimlərində Türkiyə HHQ-nin silahlanmasında olan F-16 tipli qırıcı təyyarələri sınaqdan keçirən azərbaycanlı pilotlar bu dəfə həmin F-16 qırıcılarını Türkiyə səmasında idarə ediblər.
Xatırladaq ki, Təlimlərdə Azərbaycan HHQ-nin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi, 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri, Türkiyə HHQ-nin F-16, F-4E 2020, E-7T (HİK) təyyarələri, AS-532, UH-1H helikopterləri iştirak edirlər.
Təlimlər aprelin 13-dək davam edəcək. Təlimdən çəkilmiş son fotoları təqdim edirik:








Qaynar.info