Xəbər lenti

Azərbaycanlı professor dünyasını dəyişdi
Ölkə05:43 30.05.2015

Azərbaycanlı professor dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) fəaliyyət göstərən Girnə Amerika Universitetinin azərbaycanlı professoru Ədalət Abıyev dünyasını dəyişib. "Report"un məlumatına görə, professor Bakıda dəfn olunub.
Ə.Abıyev 2014-cü ilin iyul ayından ağciyər xərçəngindən əziyyət çəkirdi.
Qeyd edək ki, Ə.Abıyev 1952-ci il yanvar ayının 13-də Cəlilabad rayonunun Həsənli kəndində anadan olub. 1975-ci ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) bitirib. Daha sonra elmi araşdırmalara başlayan Ə.Abıyev 2005-ci ilə qədər ADNA-da müxtəlif vəzifələrdə çalışıb, akademiyanın professoru olub. Ə.Abıyev 2006-cı ildən dünyasını dəyişənə qədər pedaqoji fəaliyyətini ŞKTC-də Girnə Amerika Universitetində davam etdirib. O, kompüter texnologiyaları və elektrik cihazları sahəsində 100-dən artıq kitabın və elmi məqalələrin müəllifidir.
Qaynar.info