Xəbər lenti

Azərbaycanlı qadın Ərdoğandan kömək istədi: "Ərimi tutmasınlar..."
Ölkə13:42 07.02.2018

Azərbaycanlı qadın Ərdoğandan kömək istədi: "Ərimi tutmasınlar..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycandan Türkiyəyə gedən və bir müddət sonra əri tərəfindən şiddətə məruz qalan Gülcənnət B. adlı qadın əri M.D-ni məhkəməyə verib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha sonra ərini bağışladığını deyən qadın şikayətini geri götürsə də məhkəmə M.D-ni bağışlamayıb və onun barəsində 4 ay müddətinə həbs qərarı çıxarıb.
Azərbaycanlı olduğunu və Samsunda ərindən başqa heç kiminin olmadığını deyən qadın peşman olduğunu və məhkəmədən qərarı ləğv etməsini istəyib:
"Samsunda heç kimim olmadığı üçün şikayətimi geri götürdüm. Belə bir şey yaşadığım üçün peşmanam. Ərimi bağışladım, dövlət də bağışlasın. Məhkəmənin qərarına əsasən ərim həbs olunacaq. Onun həbs olunmasını istəmirəm. Ərim və qızım asmadan, özüm də ağciyər xəstəliyindən əziyyət çəkirəm. O, həbsxanaya düşsə, xəstəliyi səbəbindən həyatını itirə bilər. Rəcəb Tayyib Ərdoğandan kömək istəyirəm".