Xəbər lenti

Azərbaycanlı qadın hərbçi BMT-dən medal alıb - İlk dəfə
Ölkə04:43 15.09.2023

Azərbaycanlı qadın hərbçi BMT-dən medal alıb - İlk dəfə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı qadın hərbçi Lətifə Rüstəmova BMT-nin sülhməramlı missiyasındakı nümunəvi xidmətinə görə dünya təşkilatı tərəfindən təltif olunub.
Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi sosial şəbəkədə bildirib.
"Cənubi Sudanda BMT missiyasında göstərdiyi nümunəvi hərbi xidmətə görə həm BMT medalı, həm də tərifnamə ilə təltif edilmiş ilk qadın sülhməramlı mayor Lətifə Rüstəmova ilə biz ikiqat fəxr edirik”, - daimi nümayəndəlik qeyd edib.