Xəbər lenti

Azərbaycanlı qadınlar polisdən qaçmaq üçün pəncərədən tullandı (FOTOLAR)
Ölkə08:00 12.11.2021

Azərbaycanlı qadınlar polisdən qaçmaq üçün pəncərədən tullandı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Trabzon Təhlükəsizlik İdarəsinin Asayiş Şöbə Müdirliyinin Etik Büro Komandirliyi qrupları Ortahisar mahalı, İsgəndərpaşa Məhəlləsində bir evdə fahişəliyə qarşı əməliyyat keçirib. 
Qaynarinfo xəbər verir ki, evə baxış keçirən polis əməkdaşları fahişəliklə məşğul olan ii qadını müəyyənəşdirib.
Polis evdən çıxan inşaat işçisi olduğu müəyyən edilən iki kişi ilə görüşdükdən sonra evə basqını edib. Polis əməkdaşları prokurorluğun göstərişi ilə evə girmək istəyərkən Azərbaycan vətəndaşları Aynur E. (24 yaş) və Aytac M. (23 yaş) eyvandan atılaraq qaçmağa çalışıblar.
Evin 1-ci mərtəbəsindən tullanaraq qaçmağa çalışan Aynur E.-nin sol ayağının baldırı sınıb və polis tərəfindən müalicə olunmaq üçün Fatih Dövlət Xəstəxanasına gətirilib.
Hər iki azərbaycanlı qadının ifadələri alındıqdan sonra deportasiya olunmaq üçün İl Miqrasiya İdarəsinə təhvil veriliblər.
Əhməd