Xəbər lenti

Azərbaycanlı qadınları Türkiyədə satan Güllər Məmmədova həbs olundu
Ölkə07:50 21.07.2018

Azərbaycanlı qadınları Türkiyədə satan Güllər Məmmədova həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan qadınlarını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs saxlanılıb.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, baş idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Məmmədova Güllər Kamal qızının Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən olunub.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.