Xəbər lenti

Azərbaycanlı qız İtaliyada itkin düşdü (FOTO)
Ölkə 19:54 08.11.2025

Azərbaycanlı qız İtaliyada itkin düşdü (FOTO)

İtaliyada Azərbaycan vətəndaşı Sona Cəmil qızı Quliyeva itkin düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa Azərbaycanlıları" səhifəsi məlumat yayıb.

Bildirilib ki, Sona təyyarə ilə noyabrın 3-ü Bakıdan Romaya gedib və çatan kimi video paylaşaraq yaxınlarına məlumat verib. Lakin bundan sonra ondan hər hansı xəbər almaq mümkün olmayıb.

İtaliyaya gəzintiyə gedən gənc xanımın üzərində xeyli pul olduğu qeyd edilib.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edildiyi vurğulanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->