Xəbər lenti

Azərbaycanlı qızın Adnan Oktarın təriqəti ilə bağlı açıqladığı ŞOK FAKTLAR
Ölkə08:30 18.04.2014

Azərbaycanlı qızın Adnan Oktarın təriqəti ilə bağlı açıqladığı ŞOK FAKTLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Musavat.com-un elektron poçt ünvanına olduqca qeyri-adi məktub daxil olub.

Həmin məktubda adının gizli saxlanmasını xahiş edən xanım Adnan Oktar kimi tanınan şəxsin təriqətində baş verənlərdən danışır. Həmin xanımın öz məktubuna əlavə etdiyi və Adnan Oktarla Canan adlı qadın arasındakı elektron ünsiyyətin məzmununu əks etdirən watsap yazışması bu adamın təriqətinin hansı "məqsədlər"ə xidmət etdiyini növbəti dəfə göstərir.

Musavat.com Azərbaycan xanımlarını Adnan Oktar təriqətinin təhlükələrindən duyuq salmaq üçün həmin qızın redaksiyaya göndərdiyi elektron məktubu olduğu kimi təqdim edir:
   
"Salam Azəbaycanın geyrətli medya sahibləri...

Mən dünənə kimi Azərbaycanda Adnan Oktar təriqətinə aldadılaraq qoşulmuş biz qızam. Nişanlıyam və may ayında toyum olacaq. Sizlərin medyada bu təriqəti ifşasından sonra sanki yuxudan yeni ayıldım. Bizim burada başçımız kimdir, hamısnı bilirsiniz. Biz burda 50-dən çox qızlar toplanırıq. Aramızda evli də var, hələ evlənməyən də...

Sözüm odur ki, bizim ofisdə ümumi işlədilən mobil telefonumuz var. Xarici zənglər də həmin telefondan edilir. Mənim bu gün son günümdür və məndən şübhələnməsinlər deyə işdən başqa ad altında ayrılıram. Ayrılmamışdan əvvəl dünən səhər başçımızın Adnan Oktarla watsapda yazışmasını sizə göndərirəm. Toplantıda olanda telefon otaqda qalır və mən də otaqda redaktə işi ilə məşğuldum. Bizim başçımızın Adnan Oktarla watsap yazışmasını telefonuna çəkdim. Mənim də Azərbaycan qızlarına əxlaqsız təriqətə aldanmamaları üçün bir armağanım olsun.

Oxuyun və görün, qızlarımızı hara aparırlar və ümumiyyətlə Canan ləqəbli xanımın nə qədər əxlaqsız olduğunu görün. Amma adımı gizli saxlayın.

Fayla baxın. Diqqətlə oxuyun".

Adnan Oktarla Canan adlandırılan qadının watshap yazışmasını da əlavə edirik:

Qaynar.info