Xəbər lenti

Azərbaycanlı qızın şəhid məzarında oxuduğu şeir hər kəsi ağlatdı - VİDEO
Ölkə06:36 12.04.2016

Azərbaycanlı qızın şəhid məzarında oxuduğu şeir hər kəsi ağlatdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Silahlı Qüvvələrin zabiti, 40 yaşlı polkovnik Vüqar Yusifovun Şəmkir rayonu Şiştəpə kəndindəki dəfnində, azərbaycanlı qızın oxuduğu şeir hər kəsi göz yaşlarına boğub. 
Bizimyol.info xəbər verir ki, şəhidin dəfn mərasimi 06 aprel tarixində keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları iştirak edib.
Qeyd edək ki, şəhid Vüqar Yusifov ailəli olub, iki qızı və bir yaşlı oğlu var. Vüqar Yusifov Şəmkirdən olan ikinci şəhiddir. Reportun məlumatına görə, ötən gün rayonun Tatar kənd sakini 19 yaşlı əsgər Nurlan Qasımov öz doğma kəndində torpağa tapşırılıb.
Qaynar.info